2 C
Baku
Saturday, December 14, 2024

İpoteka və Kredit Zəmanət Fondu ötən il 15 mln. manat mənfəət əldə edib

2017-ci ildə “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu”nun aktivləri 958 mln. 384,494 min manata çatıb ki, bu da 2016-cı il ilə müqayisədə 27,79% və ya 179 mln. 266,301 min manat çoxdur.

Bu barədə Fondun maliyyə hesabatında deyilir.

Aktivlərin strukturunda ən böyük payı ipoteka kreditləri təşkil edir. Belə ki, hesabat dövründə ipoteka kreditləri 683 mln. 691,072 min manat olub.

Fond ötən öhdəliklərini artırıb. Belə ki, 2018-ci ilin əvvəlinə Fondun öhdəlikləri 545 mln. 194,498 min manat olub ki, bu da ötən il ərzində 58,51% və ya 201 mln. 244,745 min manat artımdan xəbər verir. Buraxılmış qiymətli kağızlara görə öhdəliklər 538,590mln.manat,digər öhdəliklər 6,605 mln. manat təşkil edir.

Fond ötən il ərzində nizamnamə kapitalını 19,13% və ya 58,761 mln. manat artıraraq 366 mln. manata çatdırıb. Bununla yanaşı, cəmi kapital 18,69% və ya 65 mln. 56,310 min manat artaraq 413 mln. 189,896 min manat təşkil edib.

Hesabat döründə Fondun faiz gəlirləri 36,244 mln. manat, faiz xərcləri isə 12,771 mln. manat olub. Fond ötən ili 15 mln. 56,310 min manat mənfəətlə başa vurub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər