2 C
Baku
Saturday, December 14, 2024

İpotekanın dövlət qeydiyyatına alınması – Prosedur necədir?

Dövlət orqanı :

  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

Xidmətin məzmunu :

  • Bu xidmət ipoteka müqaviləsi əsasında daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatına alınmasını əhatə edir.

Xidmətin aid olduğu təsnifat :

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tabeliyində olan Əmlak Xidmətləri Məkanı
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri

Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

 

Xidmətin hüquqi əsası :

  • -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci, 307-323.1-ci maddələri;

    “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 14-cü, 15-ci və 20-ci maddələri;

    – “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 11-ci və 12-ci maddələri;

    – Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.6-cı yarımbəndləri;

    – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 7.3-cü bəndi;

    – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 2014-cü il 13 yanvar tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”.

Xidmətin həyata keçirilmə formaları :

  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :

  • İpotekanın dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın hüquq sahibinə təqdim edilməsi yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron hökümət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanının təmin olunması

Xidmət istifadəçisi barədə məlumat :

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

3 iş günü

Rüsum :

20 AZN

Xidmət haqqı :

20 AZN

Ödənişlə bağlı qeyd :

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı – Qeyd 1. Göstərilən xidmətlər sifarişçinin müraciəti əsasında qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə), müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3, 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda 1,5 əmsalı tətbiq edilir. 

Ödənişin hüquqi əsası :

– “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi; – Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarının II hissəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli Qərarının II bölməsi (Qərarın 1 nömrəli qeydi tətbiq olunmaqla)

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər : Real vaxt rejimində 
İşin başlama vaxtı : 00:00:00 
İşin sona çatma vaxtı : 00:00:00 
Fasilənin başlama vaxtı : 00:00:00 
Fasilənin sona çatma vaxtı : 00:00:00 

Günlər : Bazar ertəsi – cümə günləri 
İşin başlama vaxtı : 09:00 
İşin sona çatma vaxtı : 18:00 
Fasilənin başlama vaxtı : 13:00 
Fasilənin sona çatma vaxtı : 14:00 

Günlər : Əmlak Xidmətləri Məkanı həftənin 1-5-ci günləri, saat 09:00 – 19:00 
İşin başlama vaxtı : 09:00 
İşin sona çatma vaxtı : 19:00 
Fasilənin başlama vaxtı : 00:00 
Fasilənin sona çatma vaxtı : 00:00 

Günlər : Əmlak Xidmətləri Məkanı şənbə və bazar günləri, saat 10:00 – 17:00 
İşin başlama vaxtı : 10:00 
İşin sona çatma vaxtı : 17:00 
Fasilənin başlama vaxtı : 00:00 
Fasilənin sona çatma vaxtı : 00:00 

Xidmətin göstərilmə yeri :

  • – Əmlak Xidmətlər Məkanı;
    – Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

  • – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı hallarda dayandırılır:
    1. qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 10 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. 
    2. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. 
    3. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir.
    4. Bir aydan artıq olmayan müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.


    – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
    1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
    2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
    3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
    4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
    5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
    6. Qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

    Xidmətin göstərilməsindən imtina istifadəçinin yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

info

Xidmət haqqının ödənilməsi barədə sənəd 
– Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

Şəxsiyyəti təsdiq edən sənəd 
– Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

Ərizənin verilməsinə hüququ olan şəxsin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə 
– Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə ipoteka kağızı 
– Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə göndərilmiş məlumat 
– Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

Dövlət rüsumunun ödənilməsi barədə sənəd 
– Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

Daşınmaz əmlakın ipotekası haqqında müqavilə 
– Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

Ərizə (Hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhrlə təsdiq edilir) 
– Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 

Ödənilmə üsulları :

  • Bank vasitəsi ilə
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi internet informasiya ehtiyatına müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. İmtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə Xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Onlar 1 (bir) iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra onlara 1 (bir) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış tərtib edilir, notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edildikdən sonra hazırlanmış çıxarışın skan edilmiş surəti dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə və ya birbaşa yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökümət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

  • “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi

Xidmətin elektronlaşma səviyyəsi :

  • Qismən elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

  • Avtomatlaşdırılmayıb

Xidmətin elektron ünvanı :

 

© ƏMDK

Son xəbərlər
Digər xəbərlər