19 C
Baku
Thursday, April 25, 2024

IQ əhəmiyyətli deyil: uğurlu olmaq üçün vacib olan 8 amil

Təhsil çox şey əldə etməyə kömək etsə də, emosional zəka zehni qabiliyyətdən daha vacibdir. 

Griffith Universitetinin baş müəllimi olan doktor Artur Poropat, şəxsiyyətin beş əsas xüsusiyyətini araşdırdı – vicdanlılıq, açıqlıq, emosional sabitlik, ekstraversiya və uyğunlaşma. Məlum oldu ki, bu keyfiyyətləri yaxşı inkişaf etmiş tələbələrin daha yüksək qiymət alırlar (IQ səviyyəsi yüksək olanlarla müqayisədə). 

Daha bir araşdırma Karneqi-Mellon Universiteti tərəfindən aparılmışdı. Ekspertlərin qiymətləndirmələrinə görə, emosional zəka uğurlu olmaq üçün daha vacib amildir, əgər söhbət maliyyədən gedirsə. Belə ki, maliyyə uğuru 85% insanın nə dərəcədə kommunikasiyalı olduğundan, 15% isə texniki biliklərdən asılıdır. 

Demək, uğurlu olmaq şansınıza təsir göstərən amillər aşağıdakılardır:

Özünüidarə

Əgər duyğularınızı düzgün idarə etməyi bacarırsınızsa, demək ki, neqativ hallarda da rasional şəkildə davranacaqsınız. Birinci düşünün, sonra edin – bu qayda həyatın istənilən sahədə faydalı olacaqdır. 

Şəxsi inkişaf üçün həvəsli olmaq

Həyata münasibəti belə olan insanlar çətinliklər və problemlərin həllinə həvəslidirlər. Onlar özlərinə ürəkdən inanırlar, həm də IQ səviyyəsi daha yüksək olanlarla müqayisədə daha effektivdirlər. 

İnadkarlıq

Səhvlərinlə necə davranacağını bilməmək – çox pis keyfiyyətdir. İnadkar insanlar nəsə yolunda getməyəndə təslim olmurlar. Onlar səhvlərini başa düşüb problemin həlli yolunu axtarırlar. 

Ehtiras

İşə və ya ideyaya qarşı ehtiraslı olmaq – müvəffəqiyyətə doğru getməyinizə kömək edən əsas amillərdən biridir. Uğur qazanmaq üçün məşğul olduğun işi sevməlisən. 

Empatiya

Müştəri və ya iş yoldaşı ilə əlaqə qurmağı bacarmaq, inamı artırmaqla yanaşı, gərginliyi azaldır. “Nöqteyi-nəzərinizi başa düşdüm” və “Haqlı deyilsiniz” ifadələri arasında fərq var. Bu – empatiyadır. 

Vicdanlılıq

Vicdanlı insanlar nizam-intizamlı və qonaqpərvər olmaqla yanaşı, planlaşdırmağı yaxşı bacarırlar. Onlar bütün lazımi biliklərə sahib olduqlarına inanmırlar və yüksək səylə işlərini görməyə çalışırlar.  

Yeni təcrübəyə açıq olmaq

Nəyin necə işlədiyini bilməkdə maraqlısınızsa və hər şeydə izahat axtarırsınızsa, sizin müvəffəq olmaq şansınız həmyaşıdlarınızdan dörd dəfə çoxdur. Bu qismən yeni bir şey kəşf etmək fürsəti olduqda, keçirdiyiniz həyəcan sayəsində baş verir. 

Sosiallaşma

“Networking” ilə məşğul olmağı, komandada işləməyi və insanları bir-biri ilə tanış etməyi bacarırsınız və eyni zamanda əsas işdən ayrılmırsınız. Sosiallaşma – təkcə özünü mehriban aparmaq bacarığı deyil. Bu keyfiyyət istənilən vəziyyətdə duyğularınızı düzgün idarə etməyi bacardığınız deməkdir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər