Polşa iqlim neytrallığının yeni maliyyə alətlərinin yaradılmasını və bunun üçün birbaşa dəstəyin tələb olunduğuna diqqət çəkib.
Polşa 2050-ci ilə qədər Avropa Birliyinin iqlim neytrallığına nail olmağa dair layihəsinə veto qoya bilər,
Banker.az bu haqda Bloomberg-ə istinadən məlumat verib.
Varşavanın Aİ-nın ətraf mühitin mühafizəsinə yönəlmiş səylərin xərclərini azaltmaq üçün dəstəyə ehtiyacı ola bilər. Buradan görünür ki, infrastrukturun yeni standartlara uyğunlaşdırılması və kömürdən imtina xərcləri Polşaya ildə on milyardlarla avroya başa gələ bilər.
“İqlim baxımından neytral olan iqtisadiyyata keçidi effektiv şəkildə dəstəkləmək üçün yeni vasitələr (maliyyə də daxil olmaqla) inkişaf etdirməliyik, – Varşavanın hazırladığı sənəddə deyilir. – Həll edilməli olan bir sıra məsələlər var. “Yaşıl keçid” iqtisadiyyatımızın üzləşdiyi əhəmiyyətli xərclər və problemlərlə əlaqədardır.
Baha! Daha baha!
İqlim neytrallığına keçid böyük xərc tələb edir. Avropa Komissiyasının hesablamalarına görə, enerji sisteminə və infrastrukturuna əlavə investisiyalar 2030-cu ildən etibarən ildə 175 milyard avro (190 milyard dollar) ilə 290 milyard avro arasında dəyişməlidir. Polşa müzakirə prosesini yavaşlatmağa və digər ölkələrdən maddi yardım almağa çalışır.
“Keçid xərcləri Aİ ölkələrində çox fərqli ola biləcəyi üçün, Komissiyasının bizə konkret rəqəm deyəcəyini gözləyirik. Polşa “yaşıl” transformasiya üçün tələb olunan vəsaitin miqdarını açıqlamır, lakin iqlim neytrallığına nail olmaq üçün mövcud vasitələrin yetərli olmadığını bildirir. Bloomberg-in verdiyi məlumata görə, maliyyə mübahisələri, ehtimal ki, yaradılacaq Ədalətli Keçid Fondunun ətrafında aparılacaq. Fondun maliyyə bazası Aİ-nin növbəti büdcə layihəsi çərçivəsində elan olunan vəsait olacaqdır.
Hələlik fondun potensial kapitalı haqqında çox az məlumat var, lakin Bloomberg-in təklif etdiyi kimi əvvəlcə Avropa Parlamenti tərəfindən təsdiqlənən 4,8 milyard avro haqqında danışacağıq. Bu vəsait dünyanın 12 ölkəsindəki kömürdən asılı olan 41 bölgə üzrə paylanacaq. Polşanın keçmiş baş naziri Jerji Buzek, büdcənin əhəmiyyətli dərəcədə böyük olmalı olduğunu söyləyib.
Polşa İqtisadiyyat İnstitutunun hesablamalarına görə, fəaliyyəti səmərəli şəkildə təşkil etmək üçün 2021-2027-ci il aralığında 10 milyard avrodan 20 milyard avroya qədər vəsait tələb olunur. Ssenariyə görə ən böyük benefisiar Polşa (2,1 milyard avro), Yunanıstan və Fransa (1,7 milyard və 1,6 milyard avro) ölkələri olacaq.
Neytrallığa keçid
Qeyd edək ki, iqlim neytrallığı təklifi 25 üzv dövlət tərəfindən dəstəklənib.
Niderland, Lüksemburq, Fransa, İsveç və İspaniya daxil olmaqla, səkkiz ölkə “2050-ci ilə qədər iqlimin qorunması strategiyası” nı qəbul ediblər. Bloomberg-in verdiyi məlumata görə, Aİ liderlərinin təsdiqi, müvafiq qanunvericiliyi inkişaf elətdirməli olan Avropa Komissiyası üçün təkan olacaqdır.