2 C
Baku
Saturday, December 14, 2024

İqtisad Universiteti (UNEC) üçün yeni bina tikilir – tender

Azərbaycan Dövlət İqtisad Univeristeti tenderə dəvət edir.

Məlumata görə Tender 1 lot üzrə keçirilir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 194 ünvanında Azərbaycan Dövlət İqtisad Universitetinin yeni tədris binasının tikintisi işləri görüləcəkdir.

Xatırladaq ki, hazırda İqtisad Univeristetinin Bakı şəhəri ərazisində 4 binası var. Qeyd edilən mərkəzidə univeristetin binası əvəldən var idi.


ƏLAVƏ MƏLUMAT

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət 6 (Əlaqələndirici şəxs :Aqil Əhmədov, telefon :(012) 492-59-23) ünvanından ala bilərlər .

İştirak haqqı
lot 1 – 1000 manat
Hesab: AZ96AIIB33010019443507362105
VÖEN 1700091281
Bank: Kapital Bank Səbail filialıÂ
Kodu: 200059
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-02-19 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-02-26 17:00qədər Bakı, İstiqlaliyyət 6 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2019-02-27 15:00 tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı şəhəri, İstiqlaliyyət küç.6 ünvanında yerləşən əsas tədris binasının, akt zalı ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər