6 C
Baku
Monday, December 16, 2024

İqtisadçı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız tələbnamə ilə göndərilən məktublara cavab verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi http://sosial.gov.az/ saytında elektron məktub göndərmək üçün müraciə bölümündə məktub yaz hissə var. http://e-mlspp.gov.az/LETTER.aspx Orada təfsilatı ilə bütün məqamları qeyd etmək lazımdır. FİN, ad, soyad, atanızın adı, ölkə, şəhər, ünvan, şəxsiyyəti təstiq edən sənəd, seriyası, nömrəsi, telefon kodu, nömrəsi, email, yaşı, cinsi, müraciətin növü, müraciətin mövzusu, 1000 simvoldan ibarət müraciətin mətnini. Sonra şəkildə kodu qeyd edib göndər düyməsini sıxmaq lazımdır. Təəssüf hissi ilə qeyd edim ki, bunları etdikdən sonra məktub uğurla göndərilsə də, cavab məktubu gəlmir.

Müqayisəni digər qurum olan, daha çox şikayətlənilən Gömrük Komitəsinin elektron sistemi ilə müqayisə edirəm. Gümrük Komitəsində problemlər çox olsa da, karguzarlıq sisteminin işləməsi daha şəfafdır. Günlərin bir günü onları sorğu göndərdim. Daha doğrusu Naxçıvan Gömrük Komitəsinə. Sorğunu göndərdikdə mənim elektron məktubum hansı nömrə ilə qeyd olundu, onunla bağlı elektron poçtuma məktub gəldi. Sonrada bir məktub gəldi ki, sizin məktubunuz Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən Naxçıvan Gömrük Komitəsinə yönəldilib və sizə ətraflı cavab veriləcək. 7 gündən sonra mənə pdf formatında məktub gəldi. Yəni qurumun karguzarlıq sisteminin nə qədər operativ olduğunun şahidi oldum.

Vergilər Nazirliyinə də, məktub göndərəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi problemlər yaşanır. Məktub uğurla göndərilsə də, o uğurun sonu nə ilə nəticələndiyi haqda məlumat geri dönmür. Baxmayaraq ki, bütün detalları ilə, məlumatlar vətəndaşdan soruşulur. Vergilər Nazirliyinin yalnız sual-cavab bölməsi dəqiqliklə işləyir. Digər məktubu yollamaq keçidləri bərbad vəziyyətdədir. Bunun dəfələrlə şahidi olmuşam. Qeyd edim ki, eyni hal Kənd Təsərrüfatı Nazirliyində də müşahidə olunur. Onlara bir dəfə məktub yolladım. Gördüm cavab gəlmir. Facebook sosial şəbəkəsində qurumun səhifəsinə qanunun pozulduğunu qeyd edəndən 1 gün sonra mənə cavab məktubu gəldi.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər nazirliklərdən daha çevik işləməlidir. Çox saylı müraciətlər bu nazirliyə olur. 2 gün əvvəl yenidən elektron qaydada məktub yollamışam guman edirəm ki, bu yazıdan sonra artıq elektron sistemdən gələn məktublara daha diqqətli olarlar. Qeyd edim ki, sosial şəbəkədə mətbuatla çalışan əməkdaşlarına da soruğu yollayırsan cavabsız qalır. Bu baxımdan onlar Nazirliyin işini öz səhifələrində necə təbliğ edirlər bu sual olaraq qalır. Yəni təbliğ etməkdən əlavə, verilən suallara da cavab vermək lazımdır.

Müəllif:
Rauf Qarayev
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər