-1 C
Baku
Sunday, December 15, 2024

İqtisadçı evsizlikdən qurtulmağın yolunu belə görür

“Yüz minlərlə insan faktiki olaraq evsiz qalıb”.

 Bunu iqtisadçı-ekspert Samir Əliyev qeyd edib.

Onun sözlərinə görə, ölkə vətəndaşlarının əsas problemlərindən biri mənzil təminatıdır:

“Azərbaycan vətəndaşının ən çox əziyyət çəkdiyi məsələlərdən biri də mənzil təminatıdır. Müşahidələrə görə, kirayədə qalan vətəndaşlar hər ay gəlirlərinin 30-70%-ni kirayəyə yönəltmək məcburiyyətində qalırlar. Elə ailələr var ki, qazancları kirayə haqlarını ödəməyə belə çatmır. Hər il 80 minə qədər yeni ailə qurulur ki, bunların ən azı yarısının evə ehtiyacı olur. Bu isə təxminən 30-40 min evsiz deməkdir. Dövlətin ipoteka proqramı isə bu tələbatın 8-10%-ni ödəyə bilir. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yararlanmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həcmi 20%, güzəştli ipotekada isə 15%-dir”.

İqtisadçı ekspert əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün aşağıdakı mexanizmləri işə salmağı məsləhət görür:

1. İpoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilməsi. Belə Fondun yaradılması ilə bağlı ölkə prezidentinin 2007-ci il tarixli Fərmanı var.

2. Tikinti əmanət bankları haqqında” Qanunun qəbulu. Qanun ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edir.

3. Əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün “Hamı üçün ev” xüsusi dövlət proqramının (2016-2020-ci illər) qəbulu. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Bələdiyyələrin maliyyə vəziyyəti imkan vermir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsində vəsait ayrılmaqla bu problemi həll etmək olar.

Axar.az

Son xəbərlər
Digər xəbərlər