Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bu Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.
Banker.az xəbər verir ki, bu barədə əmri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalayıb. Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki R.Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə qonaq professor kimi İngiltərə Newcastle Universitetində tədqiqat aparıb. Həmçinin FAO və Katoloniya Universitetinin birgə təşkil etdiyi dövlət proqramlarının təsirinin qiymətləndirilməsi üzrə proqramı bitirib. 2006-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aparıcı elmi işçi və şöbə müdiri vəziflərində işləyib. Eyni zamanda 2011-2016-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərüfatı Təşkilatının (FAO) ölkəmizdə həyata keçirtdiyi müxtəlif layihələrdə milli məsləhətçi olub. Dövlət iqtisad Universitetində pedaqoq kimi fəaliyyət göstərib.