7 C
Baku
Thursday, December 12, 2024

İqtisadi Zonaların İnkişafı Agentliyi gəlirlərini və xərclərini açıqladı

İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci ildə gəlirləri 33 milyon 850 min manat, xərclər 33 miyon 816 min manat təşkil edib.

Bu barədə Banker.az İqtisadi Zonaların İnkişafı Agentliyinin “Nexia EA” audit şirkəti tərəfindən verilən audit rəyinə istinad edir.

2021-ci ildə qurumun gəlirləri 32 milyon 453 min manat, xərcləri isə 32 milyon 22 min manat olub ki, bu da illik müqayisədə müvafiq olaraq 4% və 6% çoxdur.

Ötən ili İqtisadi Zonaların İnkişafı Agentliyinin əsas əməliyyat gəlirləri 33 milyon 759 min manat, sair əməliyyat gəlirləri 91 min manat, işçi heyəti üzrə xərclər 4 milyon 599 min manat, amortizasiya xərcləri 10 milyon 889 min manat, digər əməliyyat xərcləri 17 milyon 908 min manat, sair əməliyyat xərcləri 417 min manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər