SOCAR və İqtisadiyyat Nazirliyinin payları olduğu şirkət “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD, yaxud ingiliscə adı SGC) gəlirləri 2020-ci ildə kəskin artımla 862 milyon ABŞ dolları yaxın olub.
Banker.az bu barədə hesabata istinadən xəbər verir.
2020-ci il üzrə cəmi gəlirləri 862 milyon ABŞ dolları olmaqla öncəki ili 90% üstələmiş, məhsulun maya dəyəri isə 296 milyon dollar olmaqla öncəki ili 19.5% üstələmişdir. CQD 2019-cu ildə ümumi mənfəəti 206 milyon ABŞ dolları olduğu halda, bu 2020-ci ildə 566 milyon ABŞ dollarına çatıb.
Hesabat ilində CQD-nin ümumi və inzibati xərclərinin həcmi 213 mln. ABŞ dolları (öncəki il: 95 mln.), paylaşdırma xərclərinin həcmi 18 mln. dollar (öncəki il: 5 mln.), maliyyə xərcləri 395 mln. dollar (440 mln. dollar), asılı müəssisə üzrə gəlir 17 mln. ABŞ dolları (öncəki il üzrə zərər 9 mln.), məzənnə fərqindən zərər 2 mln. ABŞ dolları (öncəki il 3 mln.) olduğu halda, effektiv faiz metodunu istifadə etməklə hesablanmış faiz gəlirləri 37 mln. ABŞ dolları (45 mln. dollar) və digər gəlirləri isə 29 mln. ABŞ dolları (23 mln. dollar) olmuşdur.
Beləliklə, 2020-ci ildə vergiyə qədərki mənfəətin həcmi 21 milyon ABŞ dolları etmiş, buradan da 8 milyon ABŞ dolları mənfəət vergisi ödəmiş və xalis mənfəəti illik 13 milyon ABŞ dollarına çatmışdır.
CQD 2014-cü ildə yaradılıb, 2015-ci ildə 13 mln. ABŞ dolları xalis mənfəət etsə də sonrakı illərdə və 2015-ci ildə 20 mln. ABŞ dolları xalis mənfəət etsə də, 2016-cı ildə 61 mln. ABŞ dolları, 2017-ci ildə 103 mln. ABŞ dolları, 2018-ci ildə 235 mln. ABŞ dolları və 2019-cu ildə isə 281 mln. ABŞ dolları xalis zərər etmişdi. 1 yanvar 2020-ci ilə qədərki yığılmış zərərin həcmi 47 milyon ABŞ dolları təşkil edirdi. 1 yanvar 2021-ci ilə isə yığılmış zərərin həcmi 634 milyon ABŞ dollarına düşmüşdür.
Cənub Qaz Dəhlizinin nizamnamə kapitalı 2 milyard 415.8 milyon ABŞ dollarıdır. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmış, Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR (49%) tərəfindən 31 mart 2014-cü il tarixində təsis edilmişdir.