8 C
Baku
Friday, March 29, 2024

İqtisadiyyat Nazirliyi yeni mərkəz təsis edib

“Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Məlumat mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib.

Mərkəz Nazirliyin strukturuna daxil olan qurumun struktur bölməsi kimi təsis olunur.

Mərkəz Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər haqqında bildirişlərin verilməsini, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin, standartların və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrinə dair rəyin verilməsinin təşkil edilməsini, Azərbaycanın üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycanın standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların verilməsinin təmin edilməsini və xarici texniki reqlament, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair Azərbaycanın müvafiq qurumlarına məlumatın verilməsi funksiyalarını yerinə yetirəcək.

Mərkəzin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına təmin olunacaq.

Son xəbərlər
Digər xəbərlər