Azərbaycandan Rusiya Federasiyasına pomidor ixrac edən aqrar şirkətin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, “AqroTerm” MMC-nin rəhbəri olmuş Pərviz Əliyev Məmməd oğlu vəzifəsindən azad edilib.
Onun yerinə Kamran Əhmədov Şaiq oğlu təyinat alıb.
“AqroTerm” MMC 2017-ci ildə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”MMC (CIIC) tərəfindən təsis edilib. CIIC özü isə İqtisadiyyat Nazirliyinin idarəetməsində olan “ Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin törəmə şirkətidir.
Şirkət “Venol” tipdə istixana komplekslərinə sahibdir. Əsas fəaliyyət istiqaməti pomidordur. Hansı ki, ötən ilin sonunda Rusiyanın “Rosselxoznadzor” tərəfindən bu şirkətin ixracına ilk icazə verilən şirkətlərdən idi.