25 C
Baku
Monday, April 29, 2024

“İrAero” apreldən Bakı-Ufa reysini bərpa edir

“İrAero” aviaşirkəti aprelin 4-dən Ufa-Baku və əks istiqamətdə uçuşlara başlayacaq. Bu barədə Ufa beynəlxalq hava limanının mətbuat xidmətinə istinadla bildirilir.

Uçuşlar cümə axşamı günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 2 saat 40 dəqiqədir.

Ötən il aviadaşıyıcı martın 29-dan Ufa-Bakı marşrutu üzrə uçuş proqramına start verib.

Hazırda “Azerbaijan Airlines” və “Utair” aviaşirkətləri də analoji uçuş proqramı həyata keçirir.*

Son xəbərlər
 ⁠
Digər xəbərlər