21 C
Baku
Thursday, April 25, 2024

“İrAero” aviaşirkəti Yekaterinburq və Bakı arasında müntəzəm reyslərə başlayıb

“İrAero” aviaşirkəti “Koltsovo” beynəlxalq hava limanından Azərbaycan paytaxtına müntəzəm reyslər həyata keçirməyə başlayıb.

“Report” Agentliyi Yekaterinburq hava limanının Mətbuat xidmətinə istinadən xəbər verir ki, hava daşıyıcısı dünən Bakı – Yekaterinburq – Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib.

Reyslər həftənin çərşənbə axşamı günlərində 103 sərnişin tutumlu “SuperJet 100” tipli təyyarələrlə yerinə yetiriləcək. Bakıdan gediş saat 12:30-da, Yekaterinburqdan uçuş isə saat 17:30-da olacaq. Uçuş müddəti üç saatdır.

“Koltsovoda” yeni aviadaşıyıcının olması ilə Yekaterinburqdan Bakıya uçuşların sayı həftədə üçə çatıb. “İrAero” ilə yanaşı, “Ural Hava Yolları” həftədə iki dəfə – cümə axşamı və bazar günləri Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.

Bakı “Koltsovadan” uçuşlar üzrə populyar istiqamətdir. 2018-ci ilin yekunlarına görə, bu marşrut üzrə sərnişin axını, təxminən, 24 min nəfər olub. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər