9 C
Baku
Sunday, February 2, 2025

İran 1700 km-dən hədəfi vuran raketlərini təqdim etdi

“İran özünün ən yeni ballistik raketi olan 1700 km mənzilli “Etemad” (fars dilində Etibar) nümayiş etdirib.

Raketlərin nümayişi İslam İnqilabının 46-cı ildönümü ərəfəsində baş tutub.

İranın hərbi-sənaye kompleksi məhsulları sərgisi çərçivəsində “Bavar 373” hava hücumundan müdafiə sistemi də nümayiş olunub. Bildirilir ki, sistem 300 km-ə qədər uçuş məsafəsinə malikdir, 60 hədəfi izləmək və eyni vaxtda altı hədəflə işləmək qabiliyyətinə malikdir.

Mərasimdə ölkə prezidenti Məsud Pezeşkian iştirak edib.

Yanvar ayında İslam İnqilabı Keşikçiləri Korpusu biri donanmaya xidmət edən iki yeraltı hərbi bazanı təqdim edib. Bundan əlavə, 4 min km-ə qədər məsafədə 13-ə qədər döyüş başlığı daşıya bilən super ağır “Qəza” pilotsuz təyyarəsi təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər