9 C
Baku
Friday, December 13, 2024

İran 30 ildən sonra ilk dəfə Rusiyadan kredit alıb

Rusiyaya borclu olan ölkələrin siyahısı açıqlanıb.

Dünya Bankının açıqladığı məlumatlarda keçən il Belarus, Banqladeş və Hindistanın Rusiyaya ən çox borcu olan ölkələr olduğu qeyd olunub. İranın isə 30 ildə ilk dəfə Rusiyadan kredit aldığı məlum olub.

Bildirilib ki, Minskin Moskvaya borcu il ərzində 1.9 faiz artaraq 8.5 milyard dollara çatıb. Banqladeş 4.4 milyard dollar borcu ilə siyahıda ikinci yeri tutur. Siyahıda üçüncü yerdə isə Hindistandır. Onun Rusiyaya borcu 11.7 faiz artaraq 3.3 milyard dollara çatıb.

Sonrakı yerdə borcunu il ərzində cəmi 0,9 faiz artıraraq 1.5 milyarda çatdıran Vyetnam gəlir. Yəmən siyahıda 1.17 milyard dollarla beşinci, Əfqanıstan 1.16 milyardla altıncı yerdədir.

Özbəkistanın borcu son bir ildə 77 faiz artaraq 254.7 milyon dollar, Misirin borcu 63.7 faiz artaraq 867.2 mln. Pakistanın borcu 20.8 faiz artıraraq 86.7 milyon dollara olub.

1990-cı illərin əvvəllərindən bəri ilk dəfə İran Rusiya borcluları siyahısına düşüb. Belə ki, ötən ilin nəticələrinə görə, Tehranın Moskvaya altı milyon dollar borcu var. Dünya Bankının materiallarından məlum olur ki, Tehranın Moskvaya olan borcu sonuncu dəfə 1992-ci ildə müəyyən edilib. Həmin vaxt İran Rusiyaya olan borcu 251.3 min dollara bərabər olub.

Ümumilikdə, 2021-ci ildə 38 ölkənin Rusiyaya borcu olub. Onların ümumi borcu 26.54 milyard dollar olaraq qiymətləndirilib və il ərzində 7.4 faiz artıb. Borcun 12.06 milyard dolları Asiya, 10 milyard dolları Avropa, 3.05 milyard dolları Yaxın Şərq, 1.35 milyard dolları Afrika, 86.1 milyon dolları Latın Amerikası ölkələrinin payına düşür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər