“İran atom elektrik stansiyalarının tikintisi üçün mərkəzə çevriləcək”.
Bunu İran atom enerjisi təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
O bildirib ki, üç il ərzində qamma sistemi avadanlığının quraşdırılması ilə ölkəni əhatə etmək üçün geniş planları var:
“Bizim üçün çox vacib olan məsələ ölkədə nüvə texnologiyasının tətbiqlərini günü-gündən genişləndirə bilməkdir. Ölkənin ehtiyaclarından biri olan nüvə enerjisi istehsalı məsələsində 20 illik plan hazırlamışıq”
O qeyd edib ki, bu gün dünya yanacaq böhranı ilə üz-üzədir və demək olar ki, bütün ölkələr, xüsusən də Avropa ölkələri hamısı AES tikintisinə üz tutub:
“Biz uzun illərdir ki, buna laqeyd yanaşırıq. Bu proqramı önümüzdəki illərin üfüqündə icra etməliyik ki, ölkə atom elektrik stansiyalarının tikintisi sahəsində qütblərdən birinə çevrilsin.”