İran Aİ və Böyük Britaniyadan olan fiziki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu sanksiyalar Avropa İttifaqının və Böyük Britaniyanın tətbiq etdiyi son sanksiyalara cavab olaraq qəbul edilib.
Xarici İşlər Nazirliyinin bəyanatına görə, sanksiyalara viza qadağası və sanksiya tətbiq olunan şəxslərin İran ərazisinə daxil olmalarının mümkünsüzlüyü, ölkənin maliyyə və bank sistemindəki bank hesablarının bloklanması, İranın yurisdiksiyasında olan ərazidəki əmlak və aktivlərinin müsadirə edilməsi daxildir.
Yeni sanksiya siyahısında Aİ-dən 13 qurum, 15 fiziki şəxs və Böyük Britaniyadan 8 şəxsin adı var.