Banker.az xəbər verir ki, İran hakimiyyəti Bitcoin rəqəmsal valyutasını ölkə ərazisində qanuni ödəniş vasitəsi olaraq qanuniləşdirmək niyyətindədir.
İran İnformasiya və Kommunikasiya texnologiyaları naziri Amir Hossein Davaye “Shargh” qəzetinə verdiyi müsahibəsində departamentin ölkəni Bitcoini valyuta qismində qanuniləşdirməyə hazırlamaq niyyətini qeyd edib.
Nazirin sözlərinə görə, onun idarə etdiyi dövlət orqanı ölkə daxilində Bitcoin kriptovalyutasından istifadə infrastrukturunun hazırlanması üçün artıq bir neçə araşdırma həyata keçirib.
Kriptovalyutaların iqtisadi və infrastruktur potensialına sahib olduğunu vurğulayan nazir etiraf edib ki, rəqəmsal valyutaların qanuniləşdirilməsi İran hökumətinin maraqlarına cavab verəcək.
ABŞ və digər Qərb ölkələri tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar fonunda ölkə rəhbərliyi yeni texnologiyaların inkişafı hesabına dollardan, fiat pullardan və qlobal iqtisadi sistemdən asılılığını azaltmağa çalışır.