İran hökuməti bitkoinin mayninqinə qadağa tətbiq edib. Bildirildiyi kimi, ölkə prezidenti Həsən Ruhani bu qərarı elektrik enerjisi çatışmazlığı ilə izah edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Onun sözlərinə görə, enerji çatışmazlığı nəticəsində böyük şəhərlərdə işıq tez-tez kəsilib. Bu barədə “Reuters” yazıb.
“Arab News”un məlumatına görə, mayninq 22 sentyabr tarixinədək qadağan edilib. Bu, 18 iyun tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar olub. Belə ki, İran əhalisi elektrik enerjinin kəsilməsi səbəbindən tez-tez etiraza qalxır. Prezident kəsintilərin kriptovalyuta mayninqi ilə əlaqəli olduğunu bildirib.
“Elliptic” blokçeyn-analitiklərin sözlərinə görə, qlobal kriptovalyuta mədənçiliyinin 4.5%-i İranın payına düşür. Yerli maynerlər ildə təxminən 600 MVt enerji istehlak edir.
İran elektrik enerji istehsal etmək üçün neftdən istifadə edir və beləliklə onu qlobal bazarda satmış olur. Bu, ölkəyə ABŞ-ın tətbiq etdiyi sanksiyalardan qaçmağa və ildə təxminən bir milyard dollar qazanmağa imkan verir.