İran çərşənbə axşamı günündən etibarən Çin gəmilərinə Tehran tərəfindən müəyyən edilmiş qaydalar əsasında Hörmüz boğazından keçid hüququ verib. Bu barədə mənbəyə istinadən “Fars” agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, Çinin xarici işlər naziri Vang Yi və İrandakı səfirinin müraciətlərindən sonra strateji tərəfdaşlıq çərçivəsində Çin gəmilərinin keçidinin sadələşdirilməsi barədə qərar qəbul olunub.
Razılaşmaya əsasən, Pekinin müraciəti ilə müəyyən sayda Çin gəmisinin keçid qaydaları razılaşdırıldıqdan sonra Hörmüz boğazından maneəsiz şəkildə keçməsinə icazə veriləcək. Agentliyin həmsöhbəti bildirib ki, bu mərhələ çərşənbə axşamı axşamından başlayıb.






