Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən komikadzde dronları məhv etdiyini açıqlayıb.
İran istehsalı olan 5 ədəd “Shahed-136” kamikadze-dronu Ukrayna ordusu tərəfindən məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücuma keçiblər.
Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.