10 C
Baku
Thursday, December 12, 2024

İran generalı: “Regionun sərhədlərinin dəyişməsinə səssiz qalmayacağıq”

“İran regionda sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcək”.

Bu sözləri İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri Müqəddəs Müdafiə Həftəsi çərçivəsində təşkil olunmuş paradda çıxış edərkən deyib.

Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə toxunan Baqeri bunları deyib: “Azərbaycan və Ermənistana məsləhət görürük ki, problemlərini sülh vasitələri və dialoq yolu ilə həll etsinlər. Biz regionun sərhədlərinin dəyişməsinə səssiz qalmayacağıq.

Biz münaqişələr və müharibələrə başlamırıq, amma onlar başlayanda sakit durmuruq. Regionun təhlükələrdən azad olmasını və Qərbi Asiyada dostluq və əməkdaşlıqdan ibarət olmasını istəyirik”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər