İran Hörmüz boğazının buraxılış qabiliyyətini müharibədən əvvəlki səviyyənin 50%-nə çatdırdığını bildirib

İran Hörmüz boğazında gəmiçiliyin mərhələli şəkildə bərpasını davam etdirir və hazırda boğazın buraxılış qabiliyyəti müharibədən əvvəlki səviyyənin təxminən 50%-nə çatıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

İranın dövlət teleradio şirkəti IRIB-in yaydığı açıqlamada bildirilir:

“Son iki həftə ərzində müqavimət qüvvələri Hörmüz boğazında nəzarəti sabitləşdirib və təhlükəsizliyi təmin ediblər. Eyni zamanda boğaz mərhələli şəkildə açılıb və onun buraxılış qabiliyyəti müharibədən əvvəlki səviyyənin təxminən 50%-nə çatdırılıb”.

SEPAH Hərbi Dəniz Qüvvələri həmçinin bildirib ki, ABŞ-nin gəmilərin hərəkət marşrutlarının müəyyənləşdirilməsinə müdaxiləsi boğazın fəaliyyətinin mərhələli şəkildə bərpası prosesini ciddi şəkildə pozur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər