6 C
Baku
Saturday, December 14, 2024

İran İordaniya ilə müzakirələr aparacaq

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İordaniyaya səfər edəcək.

Hüseyn Əmir Abdullahiyan “Bağdad 2” iclasında iştirak etmək üçün İran Prezidenti İbrahim Rəisini təmsil edəcək.

Qeyd edək ki, iyul ayında İraqın vasitəçiliyi ilə Bağdadda İranla İordaniya və Misir arasında ayrı-ayrılıqda müzakirələr başlayıb. Bu formatda ikinci iclas İordaniyada keçiriləcək.

İran və Misir arasında münasibətlər 1979-cu ildən Kemp-Devid müqaviləsindən sonra kəsilmişdi. Ölkələr arasında münasibətlər sabiq prezident Məhəmməd Xatəminin dövründə nisbətən bərpa olunmuşdu. İki ölkənin müvəqqəti işlər vəkili Tehran və Qahirədə fəaliyyət göstərir.

İran və İordaniya arasında münasibətlər isə İran İslam İnqilabından sonra, xüsusilə İordaniyanın İran-İraq müharibəsi zamanı Səddam Hüseynə dəstək olması səbəbilə pisləşib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər