13 C
Baku
Tuesday, May 7, 2024

İran İraqın Ərbil vilayətinə raket zərbəsi endirib

İran Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Ərbil vilayətinin Kuysancak şəhərindəki hədəflərə raket zərbəsi endirməsi nəticəsində azı 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə İraqın “Shafaq News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb.

Pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum nəticəsində rəsmi Tehranın terror təşkilatı hesab etdiyi “Komala” Partiyasının İraqın Süleymaniyyə əyalətində yerləşən qərargahına zərbələr endirilib. Eyni zamanda, İran hərbçiləri ölkədə qadağan olunmuş İran Kürdüstan Demokratik Partiyasının Ərbildə yerləşən qərargahına 3 raket zərbəsi endirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər