27 C
Baku
Thursday, July 18, 2024

İran irimiqyaslı hərbi təlim keçirir

İran Silahlı Qüvvələri “İqtidar 1402” (“Güc-2023”) devizi altında irimiqyaslı hərbi təlim keçirir.

Bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, təlim İran Quru Qoşunlarının müxtəlif hissələrinin iştirakı ilə oktyabrın 27-28-də İsfahan əyalətinin Nəsrabad rayonunda keçirilir. Bu hərbi tədbirə artilleriya, tank, hava-desant qüvvələri cəlb olunub.

Təlim zamanı Hərbi Hava Qüvvələrinin dəstəyi ilə piyada, zirehli, raket, artilleriya, hava qüvvələri, pilotsuz uçuş aparatları, mühəndis, hava-desant, hərbi elektron, müasir döyüş bölmələri, kiber bölmələri öz tapşırıqlarını yerinə yetirəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər