İran İsrailə raket zərbələri endirdi

İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.

Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.

İsrail Müdafiə Qüvvələri İran ərazisindən buraxılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb.

Məsələ ilə bağlı İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir isə “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu gecə Tehran yanmalıdır!”, – nazir qeyd edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər