9 C
Baku
Friday, December 13, 2024

İran İsveç və Belçikaya nota verib

İran İsveç və Belçikaya etiraz notası verib.

Ötən gün İranın Stokholmdakı səfirliyinə hücumdan sonra İsveçin Tehrandakı müvəqqəti işlər vəkili bu gün İran xarici işlər nazirliyinə çağırılıb.

Ona səfirliyə edilən hücumla bağlı sərt etiraz notası təqdim olunub.

Həmçinin, İranın Brüsseldəki səfirliyinə analoji hücumdan sonra bu ölkənin sərt etirazı Belçika Xarici İşlər Nazirliyinə elan edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər