İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei höccətülislam Qulamhüseyn Möhsün Ejeini ali məhkəmənin sədri təyin edib.
Məlumatı “Mehr” agentliyi yayıb.
Əvvəllər bu vəzifəni İbrahim Rəisi tutub. O, iyunun 18-də keçirilən seçkidə prezident olub.
İran konstitusiyasına əsasən, 5 il müddətinə təyin olunur. Ancaq ali rəhbər onun səlahiyyət müddətini uzada bilər. Konstitusiyaya görə, ali rəhbər ali məhkəmənin sədrini bu vəzifəyə təyin və lazım gərləsə azad edir.
Qulamhüseyn Möhsün Ejei 1956-cı ildə anadan olub. Mahmud Əhmədinijatın prezidentliyi dövründə 2006-cı il avqustun 24-dən 2009-cu il iyulun 26-dək İran kəşfiyyatının, ETTELAAT-ının rəisi olub, 2010-cu ildən Ali Məhkəmənin sözçüsü işləyib.