13 C
Baku
Saturday, November 23, 2024

İran məhbusların mübadiləsindən aldığı vəsaitlə milli valyutanı möhkəmləndirəcək

İran Mərkəzi Bankı milli valyuta olan rialın möhkəmlənməsi üçün ABŞ ilə bağlanmış mübadilə çərçivəsində ölkənin əldə etdiyi 5.5 milyard avrodan istifadə edəcək.

Bunu İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin deyib.

“Dünən Qətər hakimiyyətindən rəsmi məktub aldıq ki, altı İran bankının hesabları Qətərin iki bankında aktivləşdirilib və bu gün onlar 5 milyard 573 milyon 492 min avro ekvivalentində vəsait alıblar. Alınan bütün resurslar mərkəzi bankın ehtiyatlarıdır, onlar İran valyutası – rialın dəstəklənməsi və möhkəmlənməsi üçün istifadə olunacaq”,-deyə, o bildirib.

Qeyd edək ki, Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında məhbus mübadiləsi baş tutub. İran ABŞ-la razılaşma çərçivəsində beş amerikalı məhbusu azad edib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ABŞ-dan yalnız iki keçmiş məhbus qayıdacaq, digər ikisi isə onların xahişi ilə ABŞ-da qalacaq.

O əlavə edib ki, başqa bir məhbus üçüncü ölkədə ailəsinə qovuşacaq. Razılaşmanın bir hissəsi olaraq Tehran humanitar məqsədlər üçün dondurulmuş 6 milyard dollarlıq aktivlərə də çıxış əldə edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər