1 C
Baku
Saturday, December 14, 2024

İran “Mir” ödəniş sistemini işə salır

Rusiya və İranın mərkəzi bankları  “Mir” və “Shetab” sistemlərinin inteqrasiya mərhələlərinin işlənib hazırlanmasını başa çatdırıblar. Məlumata görə, Rusiyanın “Mir” ödəniş sistemi altı ay ərzində İranda fəaliyyətə başlayacaq, bu barədə ölkənin Moskvadakı səfiri Kazem Cəlali bildirib.

“İranın “Shetab” ödəniş sistemi artıq Rusiyada fəaliyyət göstərəcək. Altı ay ərzində Rusiyanın “Mir” sistemi İranda da işləyəcək”, – mesajda deyilir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

İran və Rusiya Federasiyası arasında “Mir” kartları ilə bağlı ilk müqavilələr 2022-ci ildə bağlanıb. İrandan başqa Misir, Monqolustan, Hindistan, Şri-Lanka, İndoneziya və Mavrikiy də “Mir”i işə salmağı planlaşdırır. Eyni zamanda, bəzi ölkələr və banklar ikinci dərəcəli sanksiyalar riski səbəbindən “Mir” kartları ilə işləməyi dayandırıb.

Son xəbərlər
Digər xəbərlər