İran neft hasilatını azaltmayacaq

İran neft hasilatı həcmini dondurmağı planlaşdırmır. RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali bəyan edib.

Onun sözlərinə görə, İran istehsalı sanksiyalardan əvvəlki neft hasilatı səviyyəsinə kimi qaldırmaq niyyətindədir.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da həmin təşəbbüsə qoşulmalıdırlar.

Trend

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər