İranın nümayəndə heyəti nüvə danışıqlarını davam etdirmək üçün Vyanaya yola düşür.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Ölkəmizə qarşı amansız sanksiyaların aradan qaldırılması siyasəti çərçivəsində İran İslam Respublikasının nümayəndə heyəti Əli Baqirinin başçılığı bir neçə saatdan sonra Vyanaya yola düşəcək”.
Nasir Kənani qeyd edib ki, Avropa İttifaqının koordinasiyası ilə keçiriləcək danışıqların bu raundunda tərəflərin təqdim etdiyi ideyalar, o cümlədən İranın sanksiyaların ləğv ilə bağlı təqdim edəcəyi təkliflər müzakirə olunacaq.