“İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmaq imkanını istisna etmir”.
“Mehr” agentiyi xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib.
Avropa İttifaqının SEPAH-ın terror təşkilatları siyahısına salması ilə bağlı son qərarını şərh edən nazir deyib ki, hökuməti Avropa ölkələrinin ordularını “terrorçu” kimi tanımağa məcbur edən İran parlamentinin qərarı əks tədbirdir.
“Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmaq İranın əks tədbirlərindən biridirmi sualına Hüseyn Əmir Abdullahian belə cavab verib: “Əgər rasionallığa qayıtmasalar və mövqelərini düzəltməsələr, istənilən tədbir görülə bilər”.