İran Omanla hərbi münasibətlərini genişləndirir.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Oman Silahlı Qüvvələrinin Baş Qərargah rəsinin müavini Əbdüləziz Abdullahla görüşündə deyib.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi, hərbi təlim, terrorizmlə mübarizə və regionda sabitlik məsələləri müzakirə olunub.
M.Baqiri deyib ki, İran Omanla əlaqələrini hərtərəfli inkişaf etdirmək istəyir.
Görüşdə M.Baqiri İranın Omana müdafiə sənayesi, səhiyyə, mühəndislik və terrorizmlə mübarizədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.