5 C
Baku
Saturday, December 14, 2024

İran oyundan çıxır: neftin qiyməti artdı

Avqustun 31-də dünya neft bzarında neftin qiyməti İrandan xammal ixracının  tədricən azaldılması fonunda bir dərəcədə artmaqda davam edir. Bir çox neft şirkətləri yaxın gələcəkdə ABŞ-ın sanksiyaları ilə əlaqədar Tehranla əməkdaşlığı kəsirlər.

Brent markalı neftin bir barrelinin qiyməti 0.02% artaraq 78,03 dollar, WTI  markalı neftin bir barreli isə oktyabr ayında 0,04% artaraq 70,28 dollara satılıb.

Wall Street Journal, öz qaynaqlarına istinadən bu həftə, İranın dünya bazarına neft tədarükünün, ABŞ sanksiyalarının tətbiq olunma müddətinə gözləniləndən daha sürətlə azaldığını söylədi. Bu fakt bazar iştirakçılarının qarışıqlığına səbəb olur və xammalın tezliklə barrel başına 80 dollara başa gələcəyini göstərir.

Analitiklərin sözlərinə görə, sentyabrda İrandan neft ixracatı gündə 1,5 milyon barelədək azalıb. Müqayisə üçün, iyun ayında bu rəqəm gündəlik olaraq 2,3 milyon barrel olub. Eyni zamanda, bir çox ekspertin hesablamalarına görə, ilin sonuna qədər İrandan neft nəqli təxminən 1 milyon barel azalıb.

Son xəbərlər
Digər xəbərlər