7 C
Baku
Thursday, December 12, 2024

İran Parlamenti: Amerika sanksiyaların ləğvini qəbul edib

Amerika tərəfi sanksiyaların ləğvini yoxlamaq və zəmanət vermək kimi iki əsas məsələni qəbul edib.

Bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəzl Amoli İslam Respublikasının nüvə danışıqlarında baş müzakirəçisi Əli Baqiri ilə bu komissiyanın görüşündə bildirib.

Kabildə stadionda partlayış olubİranın BMT-dəki nümayəndəsi dəyişibTürkiyə ordusunun bir əsgəri şəhid olub

O bildirib ki, Ə. Baqirinin təqdim etdiyi hesabata görə, danışıqlar zamanı iqtisadi səmərə və ölkəmizin xarici ticarətinə maneələrin aradan qaldırılması, o cümlədən neft satışına və onun resurslarına bankların çıxışına qanunsuz qadağaların aradan qaldırılması ciddi şəkildə diqqətdə saxlanılacaq.

O əlavə edib ki, həmçinin, danışıqlar zamanı dinc nüvə proqramının davam etdirilməsi İslam Respublikasının prinsiplərindən biri kimi qorunub saxlanılıb.

İranın Milli Təhlükəsizlik Komissiyasının sözçüsünün sözlərinə görə, Ə.Baqiri nüvə müzakirələrində qarşı tərəfin İslam Respublikasının məntiqinə əsaslanaraq, sanksiyaların ləğvinin yoxlanılması və zəmanətlərin verilməsi kimi iki məsələnin prinsipini qəbul etdiyini vurğulayıb və ölkəmizin nüvə imkanlarının əsası qorunub saxlanılacağını qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər