8 C
Baku
Thursday, December 12, 2024

İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

İran parlamenti növbədənkənar iclasda Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcək.

Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.

O bildirib ki, çərşənbə günü Azərbaycan və Ermənistan məsələlərinə dair önəmli və fövqəladə iclas keçiriləcək.

Vəhid Cəlalzadə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahat olduqlarını deyib: “Biz ölkənin yüksək vəzifəli məmurları ilə bu məsələni müzakirə etdik. Ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddi yanaşmağı xahiş edirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər