26 C
Baku
Saturday, July 27, 2024

İran parlamentinin sədri dəyişmədi

Tehran əyalətinin deputatı Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin sədri seçilib.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, parlamentin mayın 26-da keçirilən iclasında Qalibafın lehinə 230 səs verilib. Bununla da o, yenidən parlamentin sədri olub. Qeyd edək ki, İranda parlament seçkiləri 4 ildən bir, quruma sədr seçkisi isə hər il keçirilir. Parlamentin 290 üzvü var.

Xatırladaq ki, M.Qalibaf 1962-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Coğarfiya sahəsi üzrə ali təhsil alıb. 2001-ci ildə İnqilab Keşikçiləri Qvardiyasının komandanı olub. 2006-cı ildə Mahmud Əhmədinejatdan sonra Tehran bələdiyyəsinin sədri seçilib. 2005-ci ildə prezidentliyə namizəd olub.

Son xəbərlər
Digər xəbərlər