İran prezidenti Ağ evi “əqli cəhətdən geri qalmış” adlandırıb

0

“ABŞ-ın İrana qarşı olan siyasəti, Tramp administrasiyasının ümidsizliyini və Ağ Evin əqli cəhətdən geri qaldığını nümayiş etdirir”, – deyə İran prezidenti Həsən Ruhani bildirib. Xatırladaq ki, iki ölkə arasındakı münasibətlər tankerlər və pilotsuzlar qalmaqalından sonra daha da kəskinləşib.

Banker.az xəbər verir ki, Həsən Ruhaninin fikrincə, Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalar – ABŞ tərəfindən ümidsizlik aktıdır.