İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Həmid Abutalebi yazıb: “Prezidentin müşaviri vəzifəsindən istefa ərizəmi Prezident Administrasiyasına təqdim etmişəm”.
“Fars” agentliyinin məlumatına görə, bu barədə H.Abuutalebi “Twitter” hesabında yazıb.
O, bundan əvvəl İranın Prezident Administrasiyasında siyasi məsələlər şöbəsinin müdiri, ölkəsinin Avstraliya, Avropa Birliyi, Belçika və İtaliyadakı səfiri və Xarici İşlər Nazirliyinin siyasi məsələlər departmentinin baş direktoru vəzifələrini icra edib.