İran parlamenti hökumətin Rusiyadan 5 milyard dollar kredit almasına icazə verilməsi haqqında qərar qəbul edib.
Banker.az Report-a istinadən xəbər verir ki, həmin maliyyə vəsaitinin infrastruktur layihələrə xərclənməsi nəzərdə tutulur.
Bu qərar İran təqvimi ilə növbəti il üçün (hicri-şəmsi təqvimi ilə 1398-ci il) nəzərdə tutulan dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qəbul edilib.