9 C
Baku
Friday, December 13, 2024

İran sanksiyalar yüngülləşdiyi təqdirdə neft tədarükünü artıracaq

İran ABŞ tərəfindən tətbiq edilən sanksiyaların yüngülləşdirilməsi ilə bağlı davam edən danışıqlar fonunda dünya bazarına neft tədarükünü artırmağa hazırlaşır. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bloomberg” agentliyinin İran Milli Neft Şirkətinə istinadən verdiyi məlumata görə, dövlət korporasiyası ABŞ-la razılığa gəlindiyi təqdirdə ixracatı artırmaq üçün neft yataqları hazırlamağa və potensial müştərilərlə danışıqlar aparmağa başlayıb.

“Associated Press”in vurğuladığı kimi, ABŞ-ın hazırkı prezidenti Co Bayden Tehranı nüvə müqaviləsinə qaytarmaq üçün Donald Trampın tətbiq etdiyi sərt məhdudiyyətlərdən imtina etməyə hazır olduğunu bildirib. Bu mövzuda danışıqlar bir neçə həftədir Vyanada aparılır.

Son xəbərlər
Digər xəbərlər