9 C
Baku
Thursday, December 12, 2024

İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq, ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.

Bu barədə “Kommersant” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

“Tezliklə təşkilatın doqquz üzvü olacaq. Düşənbədə keçiriləcək sammitdə dövlət başçıları İranın öz sıralarına qəbul edilməsinin başlanıldığını elan etməlidirlər”, – deyə məqalədə qeyd olunub.

Bildirilir ki, ŞƏT-ə üzv olmaq prosesi uzun sürə bilər.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər