6 C
Baku
Sunday, December 15, 2024

İran son iki ayda Azərbaycandan məhsul idxalını azaldıb – qrafik

Azərbaycan cənub qapılarından xaricə ixrac etdiyi məhsulun həcmini artıra bilməyib.

2020-ci ilin noyabr ayına qədər İran İslam Respublikasına cəmi 36.74 mln. dollarlıq məhsul ixrac edib. Bunun əvəzində isə Azərbaycan İ.R.R-dan 266.11 mln. dollarlıq məhsul alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin göstəricilərində deyilir.

Bu isə o dəməkdir ki, noyabr ayı ərzində Azərbaycan İrana cəmi  2.19 mln. dollarlıq məhsul ixrac edib. Bu oktyabrda 4.47 mln. dollar, sentyabrda isə 7.55 mln. dollar idi.

Əvəzində isə İrandan noyabr ayı ərzində 26.61 mln. dollarlıq məhsul alıb, bu oktyabrda 29.19 mln. dollar, sentyabrda isə 28.63 mln. dollar idi.

Bu il Azərbaycan İrandan ən çox kartof, polietilen, üzlük plitələr, termik cilalanmış şüşələr idxal edib.

İrana isə təbii qaz, elektrik enerjisi daranmaçış pambıq lifi, emal olunmamış alüminium ərintiləri və tərkibində tütün olan siqaretlər ixrac edib.

erew

Son xəbərlər
Digər xəbərlər