İran Qətər və Omanla sualtı elektrik şəbəkəsini birləşdirmək üçün danışıqlar aparır.
Bunu İranın Tavanir şirkətinin baş direktoru Arəş Kurdi deyib.
O bildirib ki, İranın elektrik şəbəkəsinin bu ölkələrlə birləşdirilməsi üçün Qətər və Omanla danışıqlar aparılıb, araşdırmalara və layihə üzrə məsləhətçi axtarışına başlanılıb.
Onun sözlərinə görə, əgər İranın elektrik şəbəkəsi Qətər və Omana sualtı kabellər vasitəsilə qoşulsa, İranla bu ölkələrin hər biri arasında 1000-1500 meqavat elektrik enerjisi mübadiləsi mümkün olacaq.