19 C
Baku
Sunday, May 19, 2024

İran turistlər üçün COVID-19 ilə bağlı məhdudiyyətləri ləğv edib

İrana gələnlər üçün COVID-19 məhdudiyyətləri, o cümlədən yola düşməzdən əvvəl koronavirus testindən keçmək tələbi ölkə rəhbərliyi tərəfindən ləğv edilib.

Bu barədə “Tehran Times” nəşri məlumat yayıb.

Koronavirusa qarşı peyvənd olunmayanlar artıq İrana daxil olmaq üçün testdən keçməli olmayacaqlar. Ölkədə ilk karantin tədbirlərinin tətbiqindən təxminən üç il sonra məhdudiyyətlər götürülüb.

Xatırladaq ki, mart ayında Tehran ölkəyə qayıdan İran vətəndaşları üçün koronavirus tələblərini götürmüş, əcnəbilər üçün isə məhdudiyyətlər saxlanılmışdı.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər