17 C
Baku
Saturday, May 18, 2024

İran uranı 84% zənginləşdirdiyinə dair xəbərləri təkzib edib

İran uranı 84% zənginləşdirdiyinə dair xəbərləri təkzib edib.

Bu barədə İranın Atom Enerjisi İnstitutunun sözçüsü Bəhruz Kamalvəndi deyib.

“İndiyədək biz uranı 60%-dən çox zənginləşməyə cəhd etməmişik. 60% zənginləşdirmədən yuxarı hissəciklərin olması, onun bu faizdən yuxarı zənginləşdirmə ilə istehsal demək deyil”, – Kamalvəndi bildirib.

Qeyd edək ki, “Bloomberg News”un verdiyi xəbərə görə, AEBA İranda ötən həftə 84% zənginləşdirilmiş uran aşkar edib.

Kamalvəndi xəbəri “böhtan” adlandırıb və faktların təhrif edildiyini bildirib.

İran 2021-ci ilin aprel ayından uranı 60%-ə qədər zənginləşdirib. Üç ay əvvəl isə Fordo zavodunda da uranın zənginləşdirilməsinə başlanıb.

Qeyd edək ki, nüvə silahlarında saflıq dərəcəsi təxminən 90% olan urandan istifadə edilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər