6 C
Baku
Saturday, December 14, 2024

İran uranın zənginləşdirilməsini sürətləndirib

İran uranın zənginləşdirilməsi tempini artırır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) oktyabrın 11-də yayılan hesabatında bildirilib.

Məlumata görə, İranın atom proqramı ilə bağlı razılaşmaların bərpasına beynəlxalq səylərin edilməsi fonunda İslam Respublikası uranın zənginləşdirilməsi səylərini artırır.

Vurğulanıb ki, Nətənzdə bu yaxınlarda yeraltı obyektlərdə “IR-6” sentrifuqaların 3 kaskadı quraşdırılıb. Məlumata görə, artıq planlaşdırılan 12 sentrifuqaya əlavə olaraq daha üç kaskad işə salınacaq.

Qeyd edək ki, kaskadlar, bir-birinə bağlı sentrifuqalar nüvə silahı istehsalı üçün yararlı olan uran izotoplarının konsentrasiyasını artırmağa imkan verir.

Xatırladaq ki, 2015-ci ilin yayında “altılıq” ölkələri ilə İran arasında Əhatəli Razılaşma Planı imzalanmışdı. Ancaq ABŞ-da Donald Tramp prezident seçildikdən sonra bu razılaşmadan birtərəfli qaydada çıxdıqlarını bildirərək İrana qarşı sanksiyaları bərpa edib. Son zamanlar Avstriyanın paytaxtı Vyanada bu məsələ ilə bağlı danışıqlar aparılır. İran rəsmiləri müzakirələrdə uğurlu nəticələrin əldə edildiyini bildirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər